University of Debrecen
Tələbə qəbulu üzrə rəsmi nümayəndəlik

Sənəd qəbulu


Artıq 2016/2017 tədris ili üçün sənəd qəbulu açıqdır. Universitetə qəbul üçün 30 aprel tarixinədək aşağıdakı sənədləri  info@study-hungary.com ünvanına göndərməlisiniz. Ali məktəbə qəbul üçün tələbləri və sənədlərin siyahısını aşağıda qeyd etmişik.


Tibb üzrə bakalavr proqramlarına qəbul üçün:

- doldurulmuş müraciət forması;

- ingilis dilində CV;

- IELTS və ya TOEFL sertifikatı (əgər varsa);

- ümumvətəndaş (xarici) pasportun imza və foto olan səhifələrinin surəti;

- pasport ölçüsündə fotoşəkil;

- attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə son 3 ildəki bütün dərslər üzrə qiymət cədvəlini (transkriptin) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;

- biologiya imtahanı, həmçinin kimya və ya fizika imtahanlarından bizim ofisdə yazılı və şifahi imtahandan keçmək. Biologiya imtahanından hamı keçməlidir, kimya və ya fizika üzrə yazılı imtahandan yalnız birindən keçmək məcburidir və namizədə seçim verilir. Fizikanı seçənlərə kimyadan ümumi suallar, kimyanı seçənlərə isə fizikadan ümumi suallar verilir.


Tibb üzrə magistratura proqramlarına qəbul üçün:

Sənədlərin siyahısı eynidir, sadəcə attestatın yerinə bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti təqdim olunmalıdır. Bakalavrın son ilində olanlar isə diplomun əvəzinə bütün keçdikləri fənlər üzrə qiymət cədvəlini (transkripti) göndərməlidirlər. Yazılı imtahan yoxdur, ancaq şifahi müsahibədən keçmək tələb olunur və bunu ofisimizdə təşkil edirik.


Qeyri-tibb ixtisasları üzrə bakalavr proqramlarına qəbul üçün:
- doldurulmuş müraciət forması;
- attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə son 3 ildəki bütün dərslər üzrə qiymət cədvəlini (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
- ingilis dilində CV;
- IELTS və ya TOEFL sertifikatı (əgər varsa);
- ümumvətəndaş (xarici) pasportun imza və foto olan səhifələrinin surəti;
- tibbi arayış;
- seçilən ixtisasdan asılı olaraq bizim ofisdə riyaziyyat, fizika, kimya və s. fənlərdən biri və ya bir neçəsi üzrə imtahandan keçmək də tələb oluna bilər.

Qeyd: bakalavr üçün yaş limiti 30-dur.

Qeyri-tibb ixtisasları üzrə magistratura proqramlarına qəbul üçün:
Yazılı imtahan yoxdur, təqdim olunan sənədlərdən və seçilən ixtisasdan asılı olaraq şifahi müsahibədən keçmək tələb oluna bilər və bunu ofisimizdə təşkil edirik. Sənədlərin siyahısı eynidir, sadəcə attestatın yerinə bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti təqdim olunmalıdır. Bakalavrın son ilində olanlar isə diplomun əvəzinə bütün keçdikləri fənlər üzrə qiymət cədvəlini (transkripti) təqdim etməlidirlər. Magistratura üçün tələb olunan yeganə əlavə sənəd keçmiş iki müəllim tərəfindən verilmiş iki müxtəlif rekomendasiya məktubudur.

Qeyri-tibb ixtisasları üzrə doktorantura (PhD) proqramlarına qəbul üçün:
Doktorantura üçün tələb olunan sənədlərin siyahısı magistratura ilə eynidir, lakin bakalavr diplomunun yerinə magistratura diplomu və bütün dərslər üzrə detallı transkripti (diploma əlavə qiymət cədvəli) ingilis dilinə tərcümə-təsdiq olunmuş formada təqdim edilməlidir. Bundan əlavə ali məktəbin doktorantura mütəxəssisləri tərəfindən təqdim olunan mövzulardan biri üzrə tədqiqat mövzusu haqqında yazı da təqdim olunmalıdır. Təqdim olunan mövzulardan heç birini seçməmək və şəxsi təşəbbüslə başqa bir mövzunu irəli sürmək də olar.

Qeyd. Bu ali məktəbə sənəd verənlər həm də ali məktəbin bank hesabına 150 dollar ərizə formasına baxılması üçün ödəniş (application fee) və 350 dollar qəbul imtahanı rüsumu (entrance examination fee) ödəməlidirlər. Bizim vasitəmizlə ali məktəbə müraciət edənlər bu rüsumları öncədən deyil, sonradan birbaşa ali məktəbə ödəyirlər.