University of Debrecen
Tələbə qəbulu üzrə rəsmi nümayəndəlik
University of Debrecen-in kampusu

Kampus

Universitetin iki əsas kampusu var və hər ikisi də Debreçendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.

Kitabxana
Universitetin kitabxanası Macarıstanın ən böyük kitabxanasıdır və ölkənin iki milli kitabxanalarından biridir (digəri isə Budapeştdəki Milli Seçeni Kitabxanasıdır).ITUniversitet, Macarıstanın ən böyük kompyuter klasterinə sahibdir (203 TFlop/s) və “Leo” adlanır (Leo Silardın şərəfinə). Bu qurum 2015-ci ildə dünyanın top 500 superkompyuter şəbəkəsi sərasında 370-ci yeri tutub.

Yataqxana
Kampusda əcnəbi tələbələr üçün iki tələbə hosteli var. Bu hostellər kampus ərazisindədir və əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub. Yataqxanada bir, iki və üç otaqlı mənzillər var. Hər mənzilin öz mətbəxi (soyuducu, mikrodalğalı soba, elektrik soba) və duş otağı var. Otaqlar telefon, televizor və internet bağlantısı ilə də təchiz olunub. Hostelin, həmçinin, kompyuter otağı, idman zalı, sauna, yuma və qurutma otağı, maşın üçün parkı və digər xidmətləri də var.