University of Debrecen
Tələbə qəbulu üzrə rəsmi nümayəndəlik

Debreçen Universitetinin (University of Debrecen)  Azərbaycan nümayəndəliyinin rəsmi veb-səhifəsinə xoş gəlmisiniz. Veb-saytı yaratmaqda məqsədi bu ali məktəbdə təhsil almaq istəyən şəxslərə universitet, onun proqramları, təhsil xərcləri və qəbul qaydaları haqqında məlumat verməkdir. Ali məktəbdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Universitetin Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi bu ali məktəbə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq.

Niyə Debreçen Universiteti?

- Ali məktəb Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşir. Bu şəhərdə yaşayan şəxslərin 10%-dən çoxu bu ali məktəbin tələbəsidir;

- Universitetin əcnəbilər üçün çoxsəpkili ixtisaslar üzrə müxtəlif dərcələrdə (hazırlıq, bakalavr, magistratura, doktorantura) proqramları var. Ümumi tibb, əczaçılıq, stomatologiya, həmçinin müxtəlif növ təbiət elmləri, informasiya texnologiyaları, mühəndislik, incəsənət, iqtisadiyyat, biznes və s. sahələr üzrə ingilis dilində yüksək təhsil təklif edir;

- Ali məktəbin 29 minə yaxın tələbəsi var, bunlardan 3700-ü 80 ölkədən olan əcnəbi tələbələrdir. Bu göstəriciyə əsasən ali məktəb Macarıstanda əcnəbi tələbələrin sayına görə birinci yeri tutur;

- Bu universitet Macarıstanın beş elit tədqiqat universitetindən biridir, belə ki, universitetin 1500-ə yaxın mühazirəçisi 15 müxtəlif fakültədə çalışır;

-  Tələbələrinin və məzunlarının rəqabətli diplomla regional, milli və ya beynəlxalq iş bazarına daxil olması üçün universitet bütün lazımi bacarıqları və bilikləri aşılayan yüksək keyfiyyətli təhsil verir;

- Mühazirəçilərin 1000-dən çoxu doktorantura (PhD) dərəcəlidilər, universitetin özünün də 25 doktorantura məktəbi var. Beynəlxalq səviyyədə qəbul edilən və tanınan elmi nəşrləri və layihələri universitetin elmi gücündən xəbər verir. Ali məktəbin 139 mühazirəçisi, Macarıstan Elmlər Akademiyasının doktorudur, 27-si isə həmin Akademiyanın üzvüdü;

- Universitetin tədqiqat mərkəzi fəaliyyət göstərir, burada ölkənin 14-15% tədqiqat işləri görülür. İllik  17 milliyon avro tədqiqat və inkişaf (R&D) gəliri ilə Debreçen Universiteti, Mərkəzi və Şərqi Avropanın ən sürətlə inkişaf edən bilik mərkəzlərindən biridir.


Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktorundan aldığımız müsahibəni buradan oxuya bilərsiniz.